Spiritualizm

Spiritualizm
Öyrənən Din sosiologiyası
Məşğul olur Quru, keşiş, rahib
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Spiritizm (lat. spiritus “can, ruh”) — 19-cu əsrin ortalarında Fransada Allan Kardec tərəfindən işlənmiş dinifəlsəfi doktrinadır.

Kardek Ruhlar Kitabının girişində bildirdi ki, o, öz doktrinasını təyin etmək üçün yeni “spiritizm” termini təqdim edir, çünki “yeni anlayışlar yeni adlar tələb edir”.

Spiritualizm termini latınca ruh mənasını verən spiritus sözünün sifəti spiritualis sözündən yaranmış olub ruhçuluq mənasında istifadə edilir. Azərbaycan dilində mənəviyyatçıllq olaraq da adlandırılır. Hal-hazırda dini, mistikfəlsəfi sahələrdə bir çox axın, ekol və qruplar özlərinə spiritualist adını versə də aralarında qanun, görüş və qavrayış baxımından vacib fərqlər vardır. Aralarındakı əsas ortaq nöqtə ruh adlanan mənəvi bir ünsürün varlığını qəbul etmələridir. Lakin bunlardan bir qismi ruhun orijinal və özünə məxsus olduğunu qəbul etməz, bir qismi ruhun davamlı olaraq inkişaf içində olduğuna qarşıdır, bir qismi isə ruhun davamlı olaraq təkrar başqa bədənə girdiyini qəbul edir. Bu səbəbdən bəzi ensiklopediyalarda sprititualizm adlanan ruhçuluq iki hissədə ələ alınır:

  • Fəlsəfi spiritualizm: Qədim dövrdən bəri bir çox filosof ruh adlanan bir cövhərin varlığını müdafiə etməklə birlikdə bunlardan bəziləri ruhların özlərinə məxsus orijinal cövhərlər olduqlarını qəbul etməmişlərdir.
  • Təcrübi spiritualizm: PlatonPifaqor kimi filosofların dövründən XIX əsrə qədər sistemsiz bir formada dalğalanan, reinkarnasiyanı qəbul edən ruhçuluğun Fransada Allan Kardek tərəfindən yaradılan ilk sistemli formasıdır. Fransa kimi kimi Avropa ölkələrində spiritizm adıyla da tanınır. Latın Amerikası ölkələrində isə yaradıcısına ithafən Kardekizm adını almışdır.

Mövzu haqqında yetərli məlumatlı olmayanlar spiritualist sözünün istifadə edildiyi hər axın, ekol və qrubun reinkarnasiyanı qəbul etdiyini düşünürlər. Ancaq bu, ruhun varlığını qəbul edənlərin istifadə etdiyi çox ümumi bir termindir. Məsələn ABŞ-də adında spiritualist sözü olan, sayları yüzü keçmiş Xristian təşkilat, quruluştəriqət var olub reinkarnasiya qanununu qəbul etmirlər.

Bəziləri isə ruhçuluğu materiyaçılığın əleyhdarı olaraq ələ alır. Bu, fəlsəfi sahədə bəzi spiritualist axınlar üçün keçərli olmaqla birlikdə bütün spiritualist görüşlər üçün keçərli deyildir. Məsələn neo-spiritualizm, ruh və materiyanın ayrılığını deyil, birliyini müdafiə edir və materialist görüşdən tamamilə qopmuş ruhçuluğu tənqid edir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne